Azərbaycan və Ermənistanla sülh sazişi üzrə yaxından işləməkdə maraqlıyıq - ABŞ Dövlət Departamenti 

22:19 22.01.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ Azərbaycan və Ermənistanla sülh sazişi üzərində sıx işləməkdə maraqlıdır.

Hafta.az xəbər verir ki, bunu bu gün keçirdiyi brifinqdə ABŞ Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vedant Patel deyib.

"Cədvəllə bağlı heç bir xəbərim yoxdur, amma tezliklə bu barədə daha ətraflı danışmağı səbirsizliklə gözləyirik. Bu, Birləşmiş Ştatların və Dövlət Katibinin maraqlı olduğu bir şeydir və biz bu məsələ ilə məşğul olan Ermənistan, Azərbaycan və digərləri ilə sıx koordinasiyada finiş xəttini keçmək üçün çox çalışacağıq.”, - deyə o vurğulayıb.

Xəbər yenilənir